“Çelsi” və “Betis” qələbəyə sevinib

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib.

Sportline.az xəbər verir ki, İspaniyanın “Betis” komandası evdə İtaliyanın “Fiorentina” klubuna minimal hesabla qalib gəlib.

İsveçin “Yurqorden” klubu isə doğma meydanda “Çelsi”dən dörd top buraxıb.

UEFA Konfrans Liqası

Yarımfinal, ilk oyunlar

“Betis” (İspaniya) - “Fiorentina” (İtaliya) 2:1

“Yurqorden” (İsveç) - “Çelsi” (İngiltərə) 1:4

Qeyd edək ki, bu raundun cavab oyunları mayın 8-də təşkil olunacaq.