"Çelsi"də ayrılıq yaşana bilər

"Çelsi"nin fransalı futbolçusu Kristofer Nkunku mövsümün sonunda klubdan ayrılmaq qərarına gəlib.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Kristian Folk məlumat yayıb.

27 yaşlı futbolçunun "Çelsi" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Nkunku bu mövsüm çıxış etdiyi 42 matçda 14 qol 5 asistlə yadda qalıb.