"Çelsi"dən 75 milyon avroluq transfer
"Çelsi" "Sportinq"in isveçli futbolçusu Viktor Gyökeres üçün 75 milyon avro ödəməyə hazırdır.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Gyökeresin "Sportinq"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 26 yaşlı forvard cari mövsüm çıxış etdiyi 45 matçda 44 qol və 11 asistlə yadda qalıb.