“Çelsi”ni “Tottenhem”ə dəyişə bilər
“Çelsi”nin ingiltərəli futbolçusu Noni Madueke karyerasını “Tottenhem”də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda “Football İnsider” nəşrinə məlumat yayıb.
23 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Madueke bu mövsüm çıxış etdiyi 30 matçda 8 qol və 4 məhsuldar ötürmə müəllifi olub.