Çempionlar Liqasının oyunları İTV-də

UEFA Çempionlar Liqasının 1/8 final və 1/4 final görüşləri İctimai Televiziyada canlı yayımlanacaq.

Sportline.az xəbər verir ki, bu, "Saran Media" və ölkə ərazisində turnirin əsas yayımçısı "CBC Sport" telekanalı ilə əldə edilən razılaşma əsasında baş tutacaq.

Bu raundlarda keçirilən və "CBC Sport"da göstərilməyən görüşlər İctimai Televiziyanın efirində nümayiş olunacaq.

İlk olaraq bu gecə saat 00:00-da "Milan" - "Tottenhem" matçı təqdim ediləcək.

Banner