ÇL: Keyn penaltidən het-trik edən ilk futbolçu olub
Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda "Bavariya" "Dinamo" Zaqrebi 9-2 hesabı ilə məğlub edib.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, Münxen klubunun heyətində pokerə imza atan Hari Keyn bu qollardan 3-nü penaltidən vurub.
Opta stasistik portalının xəbərinə görə, ingilis futbolçu Çempionlar Liqası tarixində penaltidən het-trik edən ilk futbolçu olub.
Qeyd edək ki, ötən mövsümün əvvəlində "Tottenhem"dən "Bavariya"ya 95 milyon avro qarşılığında transfer olunun Keyn Almaniya klubu ilə ümumillikdə çıxdığı 50 oyunda 53 qol vurub, 15 asist edib.