ÇL: "Qalatasaray"ın pley-off-dakı rəqibi məlum olub

Uefa Çempionlar Liqasına pley-off mərhələsindən başlayacaq Türkiyə çempionu "Qalatasaray"ın rəqibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticələrinə əsasən "Qalatasaray"ın pley-off-dakı rəqibi "Yanq Boys" olub.

"Yanq Boys" ötən mövsüm İsveçrə Super Liqasını 65 xalla çempion tamamlayıb.

Qeyd edək ki, tərəflər arasında ilk oyun avqustun 20-21-də, cavab oyunu isə avqustun 27-28-də keçiriləcək.