Çupo Motinq karyerasını ABŞ-da davam etdirəcək

“Bavariya”nın sabiq futbolçusu Erik Maksim Çupo Motinq karyerasının ABŞ-ın “Nyu York Red Bulls” klubunda davam etdirəcək.

Sportline.az futbol jurnalisti Florian Plettenberqin məlumatına istinadən xəbər verir ki, hazır da azad agent statusunda olan Çupo Motinq “Nyu York Red Bulls” klubuna transfer olmaq qərarına gəlib.

Çupo Motinq karyerası ərzində “Hamburq”, “Nürnberq”, “Mainz”, “Şalke 04”, “Stok Siti”, “Paris Sen-Jermen” və “Bavariya” kimi klubların şərəfini qoruyub.

Qeyd edək ki, kamerunlu futbolçu ötən mövsüm “Bavariya”nın heyətində çıxış etdiyi 34 matçda 3 qol və 2 asistlə yadda qalıb.