Cob Bellingem karyerasını Almaniyada davam etdirə bilər

“Sanderlend”in ingiltərəli futbolçusu Cob Bellingemin klubdan ayrılacağı gözlənilir.

Sportline.az “Sun Sport” nəşrinə istinadən xəbər verir ki, “Borussiya Dortmund”un 19 yaşlı futbolçu üçün “Sanderlend”ə 30 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Bu keçidin yanvarda həll olunması gözlənilir.

Cob Bellingem “Borussiya Dortmund” klubunda çıxış etməyə müsbət yanaşır.

Qeyd edək ki, Cob Bellingemin “Sanderlend” klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayınadək nəzərdə tutulub.