Conatan Deyvid: “Barselona” mənim uşaqlıq arzumdur”
“Lill”in kanadalı futbolçusu Conatan Deyvid maraqlı açıqlaması ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, jurnalistlərə müsahibəsində C.Deyvid “Barselona” klubu haqqında danışıb.
“Barselona” mənim uşaqlıqda ən sevimli komandam idi və əlbəttə ki, böyüdüyün klubdan oynamaq arzusundasan”, - deyə Conatan Deyvid bildirib.
Deyvidin müqaviləsi 2025-ci ilin iyun ayında başa çatır və bir neçə klub onunla ciddi maraqlanır.
Qeyd edək ki, 24 yaşlı hücumçu bu mövsüm “Lill” formasıyla çıxdığı 19 matçda 13 qol vurub.