Cordan Enderson Niderland klubuna transfer oluna bilər
Səudiyyə Ərəbistanı klubunda çıxış edən ingilətərəli yarımmüdafiəçi Cordan Enderson karyerasını "Ayaks"da davam etdirə bilər.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, 33 yaşlı futbolçu "Əl-İttifaq" klubndan ayrılmaq istədiyn komanda rəsmilərinə bildirib. "Ayaks" rəsmiləri Cordan Enderson üçün rəsmi təklif göndərməyə hazırlanırlar.
Qeyd edək ki, Cordan Enderson bu mövsüm "Əl-İttifaq" forması ilə 38 oyunda meydana çıxıb.