Coşua Kimmix karyerasını İngiltərədə davam etdirə bilər

"Bavariya"nın ulduz futbolçusu Coşua Kimmix komandadan ayrıla bilər.

Sportline.az Bild-ə istinadla xəbər verir ki, 29 yaşlı futbolçunun xidmətində "Arsenal" klubu maraqlıdır.

Futbolçunun öz də bu keçidə müsbət yanaşır.

Qeyd edək ki, Kimmix 2015-ci ildən Münix klubunda çıxış edir.Təcrübəli yarımmüdafiəçi bu mövsüm Almaniya klubu ilə 43 oyunda 2 qol vurub, 10 asist edib.