Coşuadan iddialı sözlər: "Mənimlə rinqə çıx"

Superağır çəkidə WBA, WBO və IBF versiyaları üzrə dünya çempionu Entoni Coşua (23-1, 21 nokaut) "Sky Sports"a açıqlamasında maraqlı məqamlara toxunub.

Sportline.az xəbər verir ki, ingilis boksçu WBC titulunun sahibi Tayson Fyuriyə (30-0-1, 21 nokaut) meydan oxuyub:

"Tayson, mənimlə döyüşməlisən. Həqiqətən də, özünü "bir nömrə" adlandırmaq istəyirsənsə, mənimlə rinqə çıx. Bu döyüşü təşkil etməyin vaxtıdı.

Bütün titullara sahibəm, buna görə də döyüşümüz məna kəsb edir. Superağır çəkidə çempionam, Fyuri isə WBC tituluna sahibdi.

Niyə onunla döyüşməliyəm? Beləcə, superağır çəkidə bir nəfər bütün titullara sahib çıxacaq və mütləq çempionluq kəmərini qazanaraq hökmranlığını elan edəcək. "Bir nömrə" olduğumu sübut etmək üçün Fyuri ilə döyüşməliyəm. O isə eynisini isbatlamaq üçün mənim qarşıma çıxmalıdı".

Coşua Fyuri ilə qarşılaşmaq üçün Kubrat Pulevlə döyüşdən imtina etməyə hazırdı.