Daha bir klub elitanı tərk etdi

İspaniya La Liqasını tərk edən növbəti komanda məlum olub.

Sportline.az xəbər verir ki, 37-ci turda "Qranada"ya uduzan (1:2) "Malyorka" Sequndaya düşüb.

32 xalla 20 komanda arasında 19-cu olan adalıların son turun nəticəsindən asılı olmayaraq elitadan vidalaşacağı dəqiqləşib.

Daha öncə "Espanyol"un La Liqadan düşəcəyi rəsmiləşmişdi.

Banner