Dani Alveş Roberto Karlosu geridə qoydu

Braziliya millisinin üzvü Dani Alveş yığmada yeni uğura imza atıb.

Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçi buna DÇ-2022-nin 1/8 finalında Cənubi Koreya ilə matçda (4:1) meydana çıxmaqla nail olub. Nəticədə Alveş milli ilə 126-cı oyununu keçirib. Bununla da o, Roberto Karlosu (125 matç) qabaqlayaraq Braziliya yığmasında ən çox oyuna çıxan 2-ci futbolçu adını qazanıb. Alveş hazırda yalnız Kafudan (142 matç) geri qalır.

Qeyd edək ki, D.Alveş 2006-cı ildən Braziliya millisinin üzvüdür. 

Xatırladaq ki, Braziliya DÇ-2022-nin 1/4 final mərhələsində Xorvatiya ilə üz-üzə gələcək.