Davor Şukerin rekordu təkrarlanıb

Xorvatiya millisinin üzvü İvan Perişiç Qətərdə keçirilən dünya çempionatında yeni uğura imza atıb.

Sportline.az xəbər verir ki, 33 yaşlı futbolçu 1/8 final mərhələsində Yaponiya ilə görüşdə vurduğu qolla Xorvatiyanın mundiallardakı bombardiri Davor Şukerin rekordunu təkrarlayıb.

Hər iki xorvatiyalının aktivində 6 qol var.

Perişiç, eyni zamanda, Kriştiano Ronaldo və Cerdan Şakiri ilə birlikdə son 5 böyük turnirin hər birində fərqlənən üçüncü oyunçudur. Bu futbolçular AVRO-2016, AVRO-2020, DÇ-2014, DÇ-2018 və DÇ-2022-də rəqib qapılarına yol tapıblar.