DÇ-2022: Danimarka millisinin aparıcı futbolçusu mundialın qalan hissəsini buraxacaq
Danimarka millisinin və İspaniya "Sevilya"sının futbolçusu Tomas Dileyni Qətərdə keçirilən dünya çempionatının qalan hissəsini buraxacaq.
Sportline.az Danimarka Futbol Federaiyasının rəsmi saytına istinadən xəbər verir ki, Tunisə qarşı D qrupunun I tur oyununda sol dizindən zədələnən 31 yaşlı müdafiəçi təqribən 4 həftəlik sıradan çıxıb.
Bu isə o deməkdir ki, Danimarka yığması finaladək irəliləsə belə, təcrübəli oyunçu meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Danimarka - Tunis görüşü qolsuz heç-heçə ilə başa çatıb.