DÇ-2022: Almaniya və Belçika qrupda qaldı

DÇ-2022-də qrup mərhələsininin oyunları davam edir.

Sportline.az xəbər verir ki, bu gün 4 matç keçirilib. F qrupunda Kanada Mərakeşə uduzub - 1:2. Xorvatiya isə Belçika ilə qolsuz heç-heçə edib. Mərakeş qrup lideri, Xorvatiya isə 2-ci yerin sahibi kimi 1/8 finala adlayıb. Belçika qrupda qalıb. Kanadanın 1/8 finala adlaya bilməyəcəyi isə hələ ötən tur dəqiqləşib.

E qrupunda İspaniya Yaponiyaya 1:2 hesabı ilə uduzub, Almaniya  Kosta-Rikaya 4:2 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra Yaponiya qrup 1-cisi, İspaniya 2-ci yerin sahibi kimi növbəti mərhələyə yüksəlib. Almaniya və Kosta-Rika isə qrupda qalıb.

Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina və Polşa yığmaları 1/8 finala vəsiqə qazanıblar.

1 dekabr

DÇ-2022, 3-cü tur

E qrupu

23:00. Kosta Rika - Almaniya - 2:4 

Qol: Qnabri, 10 (0:1), Texeda, 58 (1:1), Varqas, 70 (2:1), Haverts, 73 (2:2),  85 (2:3), Fullkruq, 89 (2:4)

23:00. Yaponiya - İspaniya - 2:1 

Qol: Morata, 12 (0:1), Doan, 48 (1:1), Tanaka, 51 (2:1)

1

Yaponiya

3

2

0

1

4

3

+1

6

2

İspaniya

3

1

1

1

9

3

+6

4

3

Almaniya

3

1

1

1

6

5

+1

4

4

Kosta-Rika

3

1

0

2

3

11

-8

3

F qrupu

19:00. Kanada - Mərakeş - 1:2 

Qollar:  Ziyex, 4 (0:1), Yussuf En-Nesiri, 23 (0:2), Nayef Aquerd, 40-avtoqol (1:2)

Ləğv olunan qol: Yussuf En-Nesiri, 45+3 (Mərakeş)

19:00. Xorvatiya - Belçika - 0:0

1

Mərakeş

3

2

1

0

4

1

+3

7

2

Xorvatiya

3

1

2

0

4

1

+3

5

3

Belçika

3

1

1

1

1

2

-1

4

4

Kanada

3

0

0

3

2

7

-5

0