DÇ-2022: Ən çox kobudluğa məruz qalan futbolçuların adları açıqlanıb

Qətərdə keçirilən dünya çempionatında ən çox kobudluğa məruz qalan futbolçular müəyyənləşib.

Sportline.az xəbər verir ki, siyahıya Argentina millisinin kapitanı Lionel Messi başçılıq edir.

Mundialın geridə qalan 5 matçında rəqibin oyunçuları onu 19 dəfə cərimə bahasına dayandırıblar.

1/8 final mərhələsində mübarizəni dayandıran Seneqal yığmasının hücumçusu İsmaila Sarr komandasına 17 cərimə zərbəsi qazandırıb.

DÇ-2022 ilə 1/4 finalda vidalaşan Braziliya yığmasının aparıcı futbolçusu Neymar isə 16 dəfə kobudluğa məruz qalmaqla ilk “üçlüy”ü qapayıb.

1. Lionel Messi (Argentina) - 19

2. İsmaila Sarr (Seneqal) - 17

3. Neymar (Braziliya) - 16

4. Qavi (İspaniya) - 14

5-6. Brel Embolo (İsveçrə) - 12

Yussuf Sabali (Seneqal) - 12

7-12. Kristian Pulişiç (ABŞ) - 11

İrvinq Losano (Meksika) - 11

Joel Kempbell (Kosta-Rika) - 11

Luka Modriç (Xorvatiya) - 11

Marselo Brozoviç (Xorvatiya) - 11

Sofyan Bufal (Mərakeş) - 11

Qeyd edək ki, dünya çempionatının dekabrın 13-14-də keçiriləcək yarımfinal oyunlarında Argentina Xorvatiya ilə, Fransa isə Mərakeşlə qarşılaşacaq.