DÇ-2022: İlon Mask və Şakira Mərakeş millisini təbrik edib

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask və kolumbiyalı müğənni Şakira Mərakeş millisini Qətərdə keçirilən dünya çempionatında yarımfinala yüksəlməsi münasibətilə təbrik ediblər.

Sportline.az xəbər verir ki, tanınmış şəxslər bununla bağlı özlərinin sosial şəbəkə hesablarında post paylaşıblar.

Mask paylaşımda "Təbriklər, Mərakeş", Şakira isə "Bu dəfə Afrika üçün!" yazıblar.

Qeyd edək ki, 1/4 finalda Portuqaliyanı mübarizədən kənarlaşdıran Mərakeş yığması finala gedən yolda Fransa kollektivi ilə qarşılaşacaq. Görüş dekabrın 14-də keçiriləcək.