DÇ-2022: Lui Van Qal Skolarinin rekordunu təkrarlaya bilər

Dünya çempionatlarında ən uzun məğlubiyyətsiz oyunlar seriyasına malik olan baş məşqçilərin siyahısında dəyişiklik baş verib.

Sportline.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, birinci pillədə Braziliya yığmasındə işləmiş Luis Felipe Skolari (12 oyun) qərarlaşıb.

Onun həmyerlisi Mario Zaqallo və hazırda Qətərdəki mundialda Niderland yığmasının sükanı arxasında olan Lui Van Qal 2-3-cü yerləri bölüşdürürlər.

"Narıncılar" DÇ-2022-nin 1/4 finalında bu gün Argentinaya məğlub olmasalar 71 yaşlı mütəxəssis Skolarinin rekordunu təkrarlayacaq.

         
  Baş məşqçi Ölkəsi İşlədiyi yığma Oyun sayı Mundial
           
1 Luiz Felipe Skolari Braziliya Braziliya, Portuqaliya 12 2002(7), 2006(5)
2 Mario Zaqallo Braziliya Braziliya 11 1970(6), 1974(5)
  Lui Van Qal Niderland Niderland 11 2014(7), 2022(4)
4 Entso Bearzot İtaliya İtaliya 10 1982(7), 1986(3)
  Marçello Lippi İtaliya İtaliya 10 2006(7), 2010(2)
6 Vittorio Pozzo İtaliya İtaliya 9 1934(5), 1938(4)
  Helmut Şön Almaniya Almaniya 9 1974(4), 1978(5)
  Didye Deşam Fransa Fransa 9 2018(7), 2022(2)