DÇ: Portuqaliya və Mərakeş 1/4 finalda
Bu gün DÇ-2022-də 1/8 final mərhələsinə yekun vurulub
Sportline.az xəbər verir ki, əvvəlcə İspaniya millisi Mərakeşlə qarşılaşıb.
Matçın əsas və əlavə vaxtı qolsuz başa çatıb. Penaltilər seriyasında dəqiq olan (3:0) Mərakeş tarixində ilk dəfə mundialın 1/4 finalına yüksəlib. Mərakeş millisinin qapıçısı Yassin Bunu rəqibin iki penaltisini dəf edib.
1/8 finalın son görüşündə isə Portuqaliya İsveçrə ilə üz-üzə gəlib və 6:1 hesabı ilə qalib gəlib. Beləliklə, Portuqaliya 1/4 finalda Mərakeşlə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa, İngiltərə, Xorvatiya və Braziliya yığmaları 1/4 finala vəsiqə qazanıblar.
6 dekabr
23:00. Portuqaliya - İsveçrə - 6:1
Qollar: Qonsalo Ramoş, 17 (1:0), Pepe, 33 (2:0), Qonsalo Ramoş, 51 (3:0), Rafael Qerreyru, 55 (4:0), Akanci, 58 (4:1), Qonsalo Ramoş, 67 (5:1), Rafael Leo, 90+2 (6:1)
Baş hakim: Sesar Arturo Ramos (Meksika)
"Lusail" stadionu
19:00. Mərakeş - İspaniya - 0:0 (Penaltilər seriyası - 3:0)
Baş hakim: Fernando Rapallini (Argentina)
Penaltilər seriyası
Mərakeş: + + - +
İspaniya: - - -
"Edyukeyşn Siti" stadionu
1/4 final cütlükləri
9 dekabr
19:00.Xorvatiya - Braziliya
23:00. Niderland - Argentina
10 dekabr
23:00. İngiltərə - Fransa
19:00. Mərakeş - Portuqaliya