DÇ-2022-də daha bir maraqlı hadisə
Avstraliyalı millisinin futbolçusu Mitçell Dyuk Qətərdə keçirilən dünya çempionatının tarixinə düşüb.
Sportline.az xəbər verir ki, qrup mərhələsinin 2-ci turunun Tunislə oyununda hesabı açan 31 yaşlı futbolçu aşağı liqa klubunda oynayıb mundialda qol vuran ilk oyunçu olub.
Hazırda Yapniyanın 2-ci Liqa təmsilçisi "Facano Okayama"da forma geyinən vinger 23-cü dəqiqədə fərqlənib.
Xatırladaq ki, Avstraliya millisi məhz Mitçell Dyukun vurduğu yeganə qol sayəsində 1:0 hesablı qələbəyə sevinib.