"Denver" məğlub oldu, "Hyuston" qələbə qazandı

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında mübarizə davam edir. SportLine.az xəbər verir ki, növbəti gündə azarkeşlər daha 6 oyuna şahidlik ediblər.

"Hyuston Rokets" azarkeşlərini sevindirdiyi halda, "Denver Naqqets" basketbolçuları məğlubiyyətlə barışıblar.

Nəticələri diqqətinizə çatdırırıq:

"Detroyt Pistons" - "Denver Naqqets" - 129:103

"Vaşinqton Uizards" - "Atlanta Houks" - 129:137

"Bruklin Nets" - "Milouki Baks" - 94:113

"Nyu Orleans Pelikans" - "İndiana Peysers" - 107:109

"Feniks Sans" - "Hyuston Rokets" - 110:118

"Sakramento Kinqs" - "Sen Antonio Spörs" - 127:112