Didye Deşam AVRO-2024-ün sonuna qədər Fransa millisində qalacaq
Fransa millisinin baş məşqçisi Didye Deşam 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının sonuna qədər postunda qalacaq.
Sportline.az “Le Parisien”ə istinadən məlumatına görə, Fransa Futbol Federasiyası (FFF) 54 yaşlı mütəxəssislə yeni 2 illik müqavilənin şərtlərini razılaşdırıb.
Qətərdə keçirilən dünya çempionatının yarımfinalına qədər irəliləyən Fransa yığmasının mundialdakı nəticəsindən asılı olmayaraq, Deşam AVRO-2024-də də komandanı meydana çıxaracaq. DÇ-2022-dən sonra münasibətlərin rəsmiləşdirilməsi gözlənilir.
Qeyd edək ki, Didye Deşam 2012-ci ildən Fransa yığmasını çalışdırır. “Üçrənglilər” onun rəhbərliyi altında 2018-ci ildə dünya çempionu, 2020-21 mövsümündə isə UEFA Millətlər Liqasının qalibi olub.