Dieqo Qodin "Atletiko" ilə vidalaşdı

Son 9 mövsümdə "Atletiko"nun şərəfini qoruyan uruqvaylı müdafiəçi İtaliyanın "İnter" klubuna keçəcək.

Sportline.az xəbər verir ki, Qodinin mövsümün sonunda Madrid komandası ilə müqaviləsinin müddəti bitəcək.

33 yaşlı futbolçu mətbuat konfransında "Atletiko" ilə vidalaşıb: "Buradan ayrılmaq çox çətindir. Amma komandaya hər zaman kömək etdiyim üçün rahat vidalaşa bilərəm. Ötən mövsümdə də fərqli komandalardan bir neçə dəfə təklif almışdım. Lakin, heç birini qəbul etməmişdim və peşman deyiləm. Rəhbərliklə çox söhbət elədik, lakin ortaq qərara gələ bilmədik".

Qeyd edək ki, İtaliya mətbuatında Qodinin "İnter" klubu ilə 3 illik müqavilə imzalayacağı və hər mövsüm üçün 6,75 milyon avro məvacib alacağı deyilir.