"Dortmund" bu futbolçuya görə 70 milyon avro tələb edir

"Borussiya Dortmund" afrikalı futbolçusu Serho Girasinin transfer qiymətini açıqlayıb.

Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, Almaniya klubu Girasi üçün 70 milyon avro tələb edir. Bu oyunçunun sərbəst qalma məbləğidir.

Girasi bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 40 matçda 28 qol və 9 asistlə yadda qalıb.

Qeyd edək ki, 29 yaşlı hücumçunun "Dortmund"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.