Dünya çempionatları tarixində yeni rekord

İspaniya millisinin futbolçusu Rodriqo Hernandes (Rodri) dünya çempionatları tarixində yeni rekord müəyyənləşdirib.

Sportline.az "Opta"ya istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi buna ötən gecə DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Yaponiya ilə matçda (1:2) nail olub. Rodriqonun verdiyi 215 qol ötürməsindən 204-ü (94,88 faiz) dəqiq alınıb. Bu isə rekord göstərici deməkdir. 

Xatırladaq ki, Rodriqo 2018-ci ildən İspaniya millisinin üzvüdür.

Qeyd edək ki, İspaniya Yaponiyaya məğlub olsa da, qrup 2-cisi kimi 1/8 finala adlayıb. Komanda bu mərhələdə Mərakeş ilə qarşılaşacaq.