Dünya çempionu: "Qələbəni şəhidlərimizə həsr edirəm"
Kunq-fu üzrə 21-ci dünya çempionatı başa çatıb.
Sportline.az xəbər verir ki, mötəbər yarışda bütün rəqiblərinə qalib gələn millimizin üzvü Ellər Orucov dünya çempionu olub.
İdmançımız təəssüratlarını bölüşüb: “Millimiz əla çıxış etdi. Çətin yarış idi. Rəqiblər çox güclü idi. Amma hamısına qalib gəldim və dünya çempionu oldum. Başda Azərbaycan Kunq-fu Federasiyasının prezidenti Nurlan Aslanov olmaqla, əməyi keçən hər kəsə təşəkkür edirəm. Qələbəmi şəhidlərimizə həsr edirəm”.