Dünya Tennis Turu çərçivəsində "W15 Baku" yarışı sona çatıb

Bakı Tennis Akademiyasında Dünya Tennis Turu çərçivəsində "W15 Baku" yarışı sona çatıb.

Sportline.az xəbər verir ki, yarışın son günündə təkli mübarizədə qalib müəyyənləşib. Finalda Yaroslava Bartaşeviç Polina Leykinanı məğlub edərək çempion olub. Daha əvvəl isə qızların qoşa yarışında Sinitsina - Solomatina cütü 1-ci, Xalturina - Leykina dueti 2-ci yeri tutmuşdu. Yarışda Azərbaycanla yanaşı Qazaxıstan, Özbəkistan, Hindistan, Avstraliya, Avstriya, Niderland, Rusiya, Belarus, Latviya, Litva və digər ölkələrdən idmançılar mübarizə üçün paytaxtımıza toplaşmışdılar. Ölkəmizi bu yarışda Umayra Həşimova təmsil edib.