Eddi İsrafilov Sequndada növbəti oyununa çıxıb

Milli komandamızın üzvü  Eddi İsrafilovun şərəfini qoruduğu "Albasete" İspaniya Sequndasında növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, 17-ci turda doğma meydanda "Mirandes"lə qarşılaşan "Albasete" 1:2 hesabı ilə uduzub.

Eddi start heyətdə meydana daxil olub və  90 dəqiqə oynayıb. O, 53-cü dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, "Albasete" hazırda 25 xalla 9-cu  pillədə qərarlaşıb