Eddi İsrafilova görə müraciət cavablandırıldı

İspaniyanın "Albasete" klubu, millimizin futbolçusu Eddi İsrafilova görə Apellyasiya Komitəsinə müraciət edib. 

 
Sportline.az xəbər verir ki, klub yarımmüdafiəçinin Sequndanın XXXVI turunda "Rasinq"lə matçda aldığı sarı vərəqənin ləğv olunmasını istəyib.
 
Amma Apellyasiya Komitəsi müraciəti rədd edib.