Eden Azar "Real"la 5 illik müqavilə imzaladı

İngiltərənin "Çelsi" klubunun futbolçusu Eden Azar "Real"a transfer olub. 

Sportline.az klubunun saytına istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi ilə 5 illik müqavilə bağlanılıb. 28 yaşlı cinah oyunçusu tezliklə tibbi müayinədən keçəcək. Sözləşmə şərtləri açıqlanmasa da, mətbuatda bu transferin "Real"a 100 milyon avroya başa gəldiyi yazılıb. 

2018/2019 mövsümündə Azar Premyer Liqada 37 oyuna 16 qol vurub və 15 məhsuldar ötürmə verib. O, Bakıda "Arsenal"ı 4:1 hesabı ilə məğlub etdikləri final qarşılaşmasında isə "dubl" edib.

Qeyd edək ki, peşəkar karyerasına 2007-ci ildə Fransa "Lill"ində başlayan Eden Azar 2012-ci ildə "Çelsi"yə keçib. O, kapitanı olduğu Belçika millisində 100 oyuna 30 qol vurub.