Ederson "Mançester Siti"dən ayrılır?
"Mançester Siti"nin brazilyalı qapıçısı Ederson mövsümün sonunda komandasını dəyişə bilər.
Sportline.az jurnalist Santi Aounanın məlumatına istinadən xəbər verir ki, "Əl-İttihad" Edersonu transfer etmək üçün "Mançester Siti" ilə danışıqlara başlayıb.
Səudiyyə Ərəbistanı klubu bu keçid üçün qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Edersonnun "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm çıxış etdiyi 33 matçda qapısında 47 top görüb.
Xatırladaq ki, Ederson 2017-ci ilin yayında "Benfika"dan "Mançester Siti"yə 40 milyon avro qarşılığında transfer olmuşdu.