Edin Dzeko "Qalatasaray"ı tənqid etdi
"Fənərbağça"nın Bosniya və Hersoqovinalı futbolçusu Edin Dzeko "Qalatasaray" haqqında danışıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 37 yaşlı hücumçu açıqlmasında :"Derbi belə olmamalıdır. Biz normal futbol oyanaya bilmədik. Rəqib komandanın futbolçuları durmadan özlərini yerə atırdılar. Avropada çox klublarda çıxış etmişəm və heç birində belə futbol görməmişəm",-deyb.
"Qalatasaray"ın argentinalı udluz futbolçusu Mauro İkardi isə cavab olaraq :"Nəticə göz önündədir. Öz meydanında rəqib qapısına bir dənə də olsun zərbə endirə bilmirsənsə zəyifliyini qəbul et və sus",-deyib.
Qeyd edək ki, "Qalatasaray" və "Fənərbağça" dekabrın 29-da Türkiyə Super Kuobukun final matçında yenidən üz-üzə gələcək.