Əfsanəvi basketbolçunun Ukraynadakı evi bombalanıb

Ukraynada basketbol üzrə olimpiya çempionu Aleksandr Volkovun ailə evi bombalanıb.

Sportline.az yerli mətbuata istinadən xəbər verir ki, 58 yaşlı keçmiş idmançının Çerniqovdakı evi tamamilə dağıdılıb.

Bu evdə vaxtilə Volkovun nənəsi yaşayıb, özü isə uşaqlığını keçirib. Hazırda mənzildə qalan basketbolçunun xalası möcüzə nəticəsində xilas ola bilib.

Qeyd edək ki, Aleksandr Volkov 1988-ci il Seul Yay Olimpiya Oyunlarında SSRI yığması ilə çempion olub.