Əhməd Əhmədov axtarışa verilib
Dağıstanın kikboks üzrə seçmə komandasının sabiq baş məşqçisi Əhməd Əhmədov axtarışa verilib.
Sportline.az xəbər verir ki, o, Rusiya dövlətinə qarşı xəyanətdə təqsirləndirilir.
Bu haqda Mash teleqram kanalı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, sabiq baş məşqçi Ukrayna Silahlı Qüvvələri tərkibində döyüşlərdə iştirak edib.
Günahı sübuta yetirilsə, onu ömürlük həbs cəzası gözləyir.