"Əl-İttihad" klubu ulduz futbolçunu təlim məşq toplanışına dəvət etməyib

"Əl-İttihad" klubu fransalı hücumçunu Dubaydakı təlim məşq toplanışına çağırılmadı.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu fransalı ulduz futbolçu Kərim Benzemanın komandyala birliktə heç bir fəaliyyətə qatılmadığını , futbolçularla birliktə hərəkət etmədiyini bildirib və təlim məşq toplanışına çağırılmayacaq. 

"Əl -İttihad" klubu 36 yaşlı hücumçunun məşqlərə gəlmədiyini bu səbəbdən də Dubayda keçiriləcək təlim məşq toplanışında iştrak etmədiyini açqılayıb.

Qeyd edək ki, Kərim Benzema bu mövsüm çıxdığı 20 oyunda 12 qol,5 asistlə yadda qalıb.