El-Klasiko öncəsi "Barselona"da daha bir itki

"Barselona", İspaniya La Liqasının X turundan təxirə salınmış El-Klasikoya ciddi itkilərlə çıxacaq.

Sportline.az xəbər verir ki, hücumçu Usman Dembele ilə yanaşı, yarımmüdafiəçi Artur Ramosun da "Nou Kamp"dakı qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib.

Əzələ zədələnməsi üzündən 3 həftədir komandadan ayrı düşən braziliyalı hazırda bərpa dönəmi keçir. Həkimlər onun ən yaxşı halda yanvarın 4-də heyətə qatılacağını açıqlayıblar.

Qeyd edək ki, "Barselona" - "Real" görüşü sabah keçiriləcək.