“Əl-Nəsr” klubu Talişka ilə bağlı qərar verib
“Əl-Nəsr”in brazilyalı futbolçusu Anderson Talişkanın klubdan ayrılmayacağı bildirilir.
Sportline.az “Al-Youm” qəzetinə istinadən xəbər verir ki, “Əl-Nəsr” klubunun rəhbərliyi Talişkanın çıxışından razıdır.
Bu səbəbdən rəhbərlik 30 yaşlı futbolçu ilə yola davam edəcək.
“Fənərbağça” klubu isə A.Talişka transferində israrlıdır.
Talişkanın transfer dəyəri 20 milyon avro olaraq təyin edilib.
Qeyd edək ki, Anderson Talişkanın “Əl-Nəsr”lə müqaviləsi 2026-cı ilin iyun ayınadək nəzərdə tutulub.
Təcrübəli futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 17 matçda 8 qolla yadda qalıb.