"Əl-Nəsr"də "yarpaq tökümü"
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda "yarpaq tökümü" başlayır.
Sportline.az xəbər verir ki, Kriştianu Ronaldunun da formasını geyindiyi komandanın iki futbolçusu yarımadanı tərk etməyə hazırlaşır.
Jurnalist Ekrem Konur X sosial şəbəkəsində yaydığı məlumatda söhbətin müdafiəçi Emerik Laportla yarımmüdafiəçi Seko Fofanadan getdiyini bildirib.
Futbolçuların İngiltərə, İspaniya və İtaliya klublarından aldıqları təkliflərdən birini dəyərləndiriləcəyi gözlənilir.
Hər iki futbolçu ötən yay "Əl-Nəsr"ə transfer olunmuşdu.