"Əl-Nəssr" bu futbolçuya görə 100 milyon avro ödəməyə hazırdır
"Əl-Nəssr" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az jurnalist Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, "Əl-Nəssr" "Vest Hem Yunayted"in qanalı futbolçusu Mohammed Kuduzu transfer etmək niyyətindədir.
Bu keçid üçün Səudiyyə Ərəbistanı klubu qarşı tərəfə 100 milyon avro təklif edib. M.Kuduz bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 30 matçda 3 qol 3 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, 24 yaşlı hücumçunun "Vest Hem Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.