Emre Belezoğlu azarkeşləri qəzəbləndirib

"Ankaragücü"nün baş məşqçisi Əmrə Belezoğlu "Pendikspor"la 1-1 hesablı heç-heçəyə razılaşdıqları matçda azarkeşlərlə dalaşıb. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli çalışdırıcı görüş başa çatdıqdan sonra azarkeşlərin sözlərinə cavab verib və iki tərəf arasında gərginlik yaşanıb. 

Komandanın digər üzvlərinin və polisin müdaxiləsindən sonra vəziyyət stabilləşdirilib. Əmrə Belezoğlu isə açıqlamasında :"Azarkeşləri bəzən anlaya bilmirəm. Bütün oyunlarda qələbə qazanmağımızı gözləyirlər. Klub daxilində baş verənlərdən xəbərləri belə yoxdur. Boş-boş danışırlar",-deyib. 

Qeyd edək ki, "Pendikspor" - "Ankaragücü" görüşü 1-1 hesablı heç heçə ilə başa çatıb. Aktivində 20 xalı olan qonaqlar 14-cü pillədə qərarlaşıb. "Pendikspor" 14 xalla 19-cudur.