Erik Ten Haq Ferqusonu qabaqlaya bilər
Niderlandlı çalışdırıcı Erik Ten Haq Ser Aleks Ferqusonu "Tottenhem"lə matçlarda qələbə sayına görə kqabaqlaya bilər.
Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, "Mançester Yunayted" yanvarın 14-də "Tottenhem"lə matçda qələbə qazanacağı təqdirdə təcrübəli mütəxəssis Erik Ten Haq keçmiş baş məşqçi Ser Aleks Ferqusonun statistikasını yeniləyəcək.
Belə ki, Erik Ten Haqın komandası həftəsonu "xoruzlar"ı məğlub edərsə, 92 oyundan 55 xal qazanacaq. Bu 59,78 faizə bərabərdi. Ser Aleks Ferqusonun "Mançester Yunayted"də qələbə nisbəti isə 59,67 faizdir.
Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Kubokunda "Nyukasıl Yunayted"ə 0-3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmışdı.