Erməni rəqibinə qalib gələn idmançımız yarımfinalda

Sərbəst güləşçilərimiz Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayıblar.

Sportline.az xəbər verir ki, xalça üzərinə çıxan 5 idmançıdan ikisi artıq yarımfinala vəsiqə qazanıb.

57 kq-da Əliabbas Rzazadə 1/4 finalda ermənistanlı Manvel Xndzrtsyana, 79 kq-da isə Əşrəf Aşırov isveçrəli Tanquy Darbellaya qalib gələrək növbəti mərhələyə yüksəlib.