"Espanyol"un baş məşqçisi getdi

"Espanyol" baş məşqçisi David Qaleqonu istefaya göndərib.

Sportline.az xəbər verir ki, buna komandanın La Liqada uğursuz çıxışı səbəb olub. 51 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, "Espanyol" ölkə çempionatında 5 xalla 19-cu pillədə qərarlaşıb.