"Espanyol"un futbolçusu koronavirusa yoluxdu

İspaniyanın "Espanyol" klubunun futbolçusu U Ley koronavirusa yoluxub.

Sportline.az "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, 29 yaşlı çinli hücumçunun testi müsbət nəticə verib və o, evində karantindədir. 

"Espanyol" daha öncə 6 oyunçusunda koronavirus aşkarlandığını bildirsə də, onların adlarını açıqlamayıb. 

Qeyd edək ki, La Liqa rəhbərliyi çempionat oyunlarını koronavirusa görə aprelin əvvəlinə kimi təxirə salıb. 

U Ley 2019-cu ilin yanvarından "Espanyol"da çıxış edir. Çin millisinin də formasını geyinən forvard cari mövsüm Kataloniya təmsilçisinin heyətində 38 oyunda iştirak edib və 7 qol vurub.