"Fatih Karagümrük" xorvatiyalı futbolçunu icarə əsasında transfer edib
İstanbulun "Fatih Karagümrük" klubu xorvatiyalı cinah hücumçusunu icarə əsasında trasnfer edib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 24 yaşlı futbolçu Tonio Tekliç 6 ay müddətində "Trabzonspor" klubundan trasnfer olunub.
Xorvatiyalı futbolçu "Trabzonspor"da əsas heyətdə yer ala bilməməsindən şikayətləndiyi üçün icarə əsasında trasnfer olunub.
Qeyd edək ki, Tonio Tekliç bu mövsüm "Trabzonspor" forması ilə cəmi 6 oyunda meydana çıxıb.