Fatih Terim türkiyəli futbolçunu transfer etmək istəyir

Yunanıstan klubu "Panatinaykos"un baş məşqçisi Fatih Terim müdafiə xətti üçün türkiyəli futbolçunu transfer etmək qərarına gəlib. 

Sportline.az CNN.com.tr-yə istinadla xəbər verir ki, təcrübəli mütəxəssis 29 yaşlı müdafiəçi Samet Akaydın üçün "Fənərbğça" klubu ilə danışıqlara başlayıb. 

"Olimpiyakos"la görüşdə 1-1 hesablı heç-heçə razılaşan Fatih Terim açıqlamasında :"Əsas heyətdə əksiklərimiz var. Klub prezidenti menecerlər və mən əlimizdən gələni edirik. Samet Akaydın məsələsində isə menecerimiz İstanbula getdi və geri gəldi. Müsbət və ya mənfi cavabı bu həftə sonunadək alacağıq",-deyib. 

Qeyd edək ki, Fatih Terim qış transfer pəncərəsində "Panatinaykos"un baş məşqçi sükanına əyləşib.