"Fənərbağça" -"Qalatsaray" görüşündə sükut pozulmayıb
Türkiyə çempionatında 18-ci turunda derbi həyəcanı yaşanıb.
Sportline.az xəbər verir ki, Şükrü Saracoğlu stadionunda keçirilən görüşdə "Fənərbağça" "Qalatasaray"ı qəbul edib.
Qolsuz bərabərliklə başa çatan matçın baş hakim Arda Kardeşlər komandaları 7 dəfə sarı vərəqə ilə cəzalandırıb. "Fənərbaxça" - "Qalatasaray" 0:0
Qeyd edək ki, əzəli rəqiblər 5 gün sonra Türkiyə Super Kuboku uğrunda yenidən qarşılaşacaqlar. Görüş Səudiyyə Ərəbitanının Riyad şəhərində keçiriləcək.